Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Qərbi Afrikada ən böyük limanın tikintisi 1,6 milyard dollara başa gəlib

Nigeriyada ilk tam avtomatlaşdırılmış dərin su limanı fəaliyyətə başlayıb.

“Seatrade Maritime”-ın məlumatına görə, Qərbi Afrikada ən böyük limanın tikintisi 1,6 milyard dollara başa gəlib. Laqos şəhərindən 40 km məsafədə yerləşən Lekki limanı Nigeriya və Laqos ştatı hökumətlərinin, Laqos Azad Zonasının sahibi, Sinqapurun “Tolarams Group” və Çinin “China Harbour Engineering Company” (“CNEC”) şirkətlərinin birgə layihəsidir.

Liman Çinin “Bir kəmər, bir yol” strategiyası çərçivəsində “CNEC” tərəfindən tikilib. “CNEC” liman idarəçiliyində 52,5% paya sahibdir.

Lekki limanı “Super Post-Panamax” yanalma kranları ilə təchiz edilib və ildə 2,7 milyon TEU yükaşırma gücündədir. Tikintinin axırıncı mərhələsi başa çatdıqdan sonra limanda dedveyti 160 min tona qədər olan gəmiləri qəbul etmək qabiliyyətinə malik üç əlavə yanalma körpüsü ilə maye yük terminalı, həmçinin 4 milyon ton ötürücülük qabiliyyəti olan quru yük terminalı fəaliyyət göstərəcək.

Qeyd edək ki, Nigeriya hökuməti ümumilikdə altı dərin su limanı tikməyi planlaşdırır.

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır