Sinqapurdan Türkiyə limanlarına 4 milyon tona yaxın yük daşınıb
2022-ci ilin yanvar-noyabr aylarında Sinqapurdan Türkiyə limanlarına 3 milyon 59 min 461 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Sinqapurdan limanlara 1 min 532 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 2 milyon 883 min 36 ton yük çatdırıb.
Bu müddət ərzində Sinqapur bayraqlı gəmilərlə Türkiyə limanlarına 174 min 893 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına Sinqapurdan 963 min 762 ton tranzit yük daşınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır