Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-01-28,
Seanews
Heyder Eliyev

Ukrayna limanlarından ərzaq daşıyan səkkiz gəmi çıxıb

Bazar günü buğda, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları daşıyan səkkiz quru yük gəmisi Ukrayna limanlarını tərk edib.

Trend-in məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.

"Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 250 968 ton taxıl və digər ərzaq daşıyan səkkiz gəmi bu gün Ukrayna limanlarını tərk edib", - deyə bildirilib.

“Stavros” gəmisi Yəmənə 55,3 min ton buğda, “Cebihan” quru yük gəmisi Omana 54,2 min ton buğda, “Rising Falcon” gəmisi İtaliyaya 26,2 min ton buğda, “Ssi Erdogan Bey” quru yük gəmisi Almaniyaya 34,2 min ton raps çatdıracaq. Bundan əlavə, 33 min ton qarğıdalı və 22 min ton arpa ilə "Lady Sema" yük gəmisi, eləcə də 8,6 min ton günəbaxan toxumu ilə "Belforest" İspaniyaya yola düşüb.

"Ps Pelican" gəmisi Çinə yola düşüb. O, 37 min ton günəbaxan yağı daşıyır, "Beşiktaş Iceland" quru yük gəmisi isə Niderlanda 6,6 min ton günəbaxan yağı çatdıracaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır