Ventspils limanının yük dövriyyəsi 33% artıb
2022-ci ilin yanvar-oktyabr aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% artaraq 12 milyon tona çatıb. O cümlədən, 4,8 milyon ton maye yük (-6,3%), 4,1 milyon ton toplu yük (artım 2,5 dəfə) və 2,4 milyon ton ümumi yük (+8,5%) aşırılıb.
“Seanews.az”ın məlumatına görə, hesabat dövründə limana 1149 gəmi yan alıb.
Venta çayının mənsəbinin yaxınlığında yerləşən Ventspils limanı neft, neft məhsulları, kimyəvi yüklər, metal, ağac və balıq sənayesi məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir.
Qeyd edək ki, 2021-ci ildə limanda 11 milyon ton yük aşırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır