Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

Bu gün Odessa, Çornomorsk və Yujnı limanlarından ərzaqla 7 gəmi çıxıb

“Taxıl müqaviləsi”nin fəaliyyətə başladığı 2022-ci il avqustun 1-dən Ukrayna limanlarından noyabrın 3-nə 430 gəmi ilə 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Taxıl dünyanın 43 ölkəsinə göndərilib.

Bu gün Odessa, Çernomorsk və Yujnı limanlarından çıxan 7 gəmi 290 min ton taxılla Asiya və Avropaya yola düşüb. Onların arasında Omana 29 min ton günəbaxan tumu ilə gedən “Esentepe” gəmisi və Çinə 67 min ton qarğıdalı çatdıracaq “Key Knight” gəmisi də var.

Xatırladaq ki, oktyabrın 29-da Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınmasının reallaşdırılması üzrə sazişdə iştirakını dayandırdığını elan etmişdi.

Ukraynadan yazılı zəmanət alındıqdan və Rusiya tərəfinə təqdim etdikdən sonra taxıl ixracı mexanizmi üzrə fəaliyyətinin bərpası qərara alındı. Hazırda dəniz dəhlizinin fəaliyyəti tamamilə normallaşıb.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır