Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Yaşıl” hidrogen tədarükünü artırmaq üçün Avropanın şimalı və cənubu arasında nəqliyyat dəhlizi yaradılacaq

İspaniyanın “Cepsa” şirkəti və Rotterdam limanının müdiriyyəti Cənubi və Şimali Avropa arasında - Avropanın iki əsas limanı olan Rotterdam və Algeciras arasında hidrogenin fasiləsiz tədarük zəncirini təmin edəcək ilk “yaşıl” hidrogen nəqliyyat dəhlizi layihəsində tərəfdaşlıq niyyəti haqqında saziş imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə, layihə Rotterdam-Algeciras dəhlizinin yaradılmasını nəzərdə tutur ki, bu da ağır sənayenin və gəmiçilik sektorunun karbonsizləşdirilməsi prosesini sürətləndirəcək və Avropanın enerji müstəqilliyini və təhlükəsizliyini dəstəkləyəcək. “Cepsa” Avropada yaşıl hidrogen istehsalında əsas oyunçu, İspaniya və Portuqaliyada isə ən böyük təchizatçı olmağı hədəfləyir.

Müqavilə Rotterdamın 2030-cu ilə qədər Şimal-Qərbi Avropaya “yaşıl” hidrogen tədarükünü 4,6 milyon tona çatdırmaq planını nəzərə alaraq bağlanıb.

Algecirasın əsas enerji şirkəti olan “Cepsa” San Roque Enerji Parkında (Algeciras körfəzinin yaxınlığında) ammonyak və ya metanol kimi hidrogen daşıyıcılarından istifadə edərək yanacaq istehsal edəcək və daha sonra Rotterdam limanına çatdırılacaq. Burada Avropanın bütün enerji tələbatının 13%-i emal edilir.

“Yaşıl” yanacaq müqaviləsi Avropanın enerji müstəqilliyini və təhlükəsizliyini təmin etmək və təmiz enerji istehsalını təşviq etmək məqsədi daşıyan “RePower EU” strategiyasına töhfə verəcək. Planlara görə, ticarət dəhlizi 2027-ci ilə qədər istifadəyə veriləcək. “Cepsa” şirkəti həmçinin Uelvadakı “La Rabida” enerji parkından oxşar təchizat zənciri yaratmaq niyyətindədir.

“Cepsa” şirkəti  “Positive Motion” strategiyasına uyğun olaraq, 2 GW istehsal gücü ilə 2030-cu ilədək İspaniya və Portuqaliyada təmiz hidrogen istehsalında lider, həmçinin Avropada əsas oyunçu olmağı hədəfləyir. Bu, İspaniya hökumətinin indiki hədəfinin yarısıdır. “Yaşıl” hidrogenin istehsalına  lazım olan bərpa olunan enerjini yaratmaq üçün “Cepsa” külək stansiyaları və günəş panellərini əhatə edən layihələrinin gücünü 7 GVt-a çatdırmaq niyyətindədir. “Cepsa” bu yeni elektrik stansiyalarının elektrik şəbəkəsinə inteqrasiyasına kömək etmək üçün Əndəlüsdəki digər bərpa olunan enerji istehsalçıları ilə əməkdaşlıq edəcək.

Hidrogen Rotterdamın enerji keçid planlarında prioritet yanacaq növlərindən biridir. Rotterdam limanı Avropanın şimal-qərbindəki liman və sənaye sahələri ilə bir sıra iri layihələrin birgə inkişafı yolu ilə hidrogen tədarükünü asanlaşdırmaq üçün infrastruktur və obyektlərin qurulması üzərində işləyir. İxracatçı ölkələr və limanda fəaliyyət göstərən şirkətlər qrupu ilə əməkdaşlıq çərçivəsində 2030-cu ilə qədər Rotterdam limanı Şimal-Qərbi Avropaya hər il 4,6 milyon tona qədər yanacaq çatdıra bilər ki, bu da CO2 emissiyalarının 46 milyon ton azalmasına səbəb olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır