Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi bu gün 40 gəmini yoxlayacaq

İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki BMT və Türkiyə nümayəndə heyətləri bazar ertəsi günü 40 gəmini yoxlamaq üçün 10 qrup yaratmaq barədə razılığa gəliblər.

Trend xəbər verir ki, bu barədə BMT-nin Birgə Koordinasiya Mərkəzindəki nümayəndəliyinin bəyanatında deyilir.

"Qara Dəniz Təşəbbüsü"nün işini davam etdirmək üçün Türkiyə və BMT-nin nümayəndə heyətlərinə yola çıxan 40 gəminin yoxlanışını həyata keçirmək üçün 10 yoxlama qrupu təqdim etmək təklif olunub. Yoxlama planı Ukrayna nümayəndə heyəti tərəfindən qəbul edilib. Rusiya Federasiyasının nümayəndə heyətinə məlumat verilib", - deyə bəyanatda bildirilir.

Qeyd edilir ki, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətləri oktyabrın 31-də 14 gəminin humanitar dəniz dəhlizi boyunca hərəkətinin planını razılaşdırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır