Rusiyadan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb
2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Türk limanlarına 51 milyon 318 min 252 ton yük daşınıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan limanlara 2 milyon 314 min 171 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 39 milyon 341 min 318 ton yük çatdırıb.
Bu müddət ərzində Rusiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 9 milyon 662 min 763 ton yük çatdırılıb.
2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Rusiyadan 1 milyon 988 min 490 ton tranzit yük daşınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır