Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Taxıl dəhlizi” vasitəsilə Ukraynanın 8,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib

“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 8,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 386 gəmi Ukrayna limanlarını tərk edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində oktyabrın 24-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 6 gəmi Odessa limanlarını tərk edib.

Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 227 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır