Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Taxıl sazişi çərçivəsində indiyədək Ukrayna limanlarından 354 gəmi yola düşüb

Taxıl dəhlizi çərçivəsində avqustun 1-dən oktyabrın 18-dək Ukrayna limanlarından 354 gəmi yola düşüb. İndiyədək daşınan yüklərin ümumi həcmi isə 7 milyon 860 min tonu keçib.

Bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib.

Karaismailoğlu taxıl dəhlizi çərçivəsində yola düşən gəmilərin arpa, buğda, soya, günəbaxan unu, buğda kəpəyi, noxud, günəbaxan tumu, emal olunmuş qarışıq qida, şəkər çuğunduru, günəbaxan yağı, kanola toxumu, qarğıdalı və soya yağı daxil olmaqla 13 müxtəlif növ yük daşıdığını bildirib.

Onun sözlərinə görə, yükün 13 faizi Afrikaya, 23 faizi Asiyaya, 47 faizi Avropaya daşınıb. Türkiyə istisna olmaqla, Avropa qitəsində ən çox yük İspaniya, İtaliya və Hollandiyaya aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır