Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-11-27,
Seanews
Heyder Eliyev

“COSCO Group” əldə etdiyi rekord gəlirdən öz donanmasını genişləndirmək istəyir

“COSCO Group” dünyada ən böyük şirkətə çevrilməsi üçün donanmanın genişləndirilməsi proqramına 4,9 milyard dollar sərmayə qoyacaq.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, 2023-2025-ci illəri əhatə edən  proqram ümumi tutumu təxminən 580 min TEU olan 32 konteyner gəmisinin tikintisini nəzərdə tutur.

İyunun sonuna olan məlumata görə, “COSCO”-nun donanması 2,92 milyon TEU tutumlu 512 gəmidən ibarətdir. İnvestisiya proqramı qrupun donanmasının imkanlarını təxminən 20% artıracaq.

Qrup hazırkı formada 2016-cı ildə “COSCO”-nun Çinin ikinci ən böyük gəmiçilik şirkəti olan “China Shipping” ilə birləşməsi nəticəsində yaradılıb. 2018-ci ildə qrup Honkonq daşıyıcısı “OOCL”-ni alıb.

 “COSCO Shipping Holdings”-in xalis mənfəəti bu ilin birinci yarısında demək olar ki, iki dəfə artıb.

“COSCO Group” da bu rekord gəlirdən öz donanmasını genişləndirmək üçün istifadə etmək istəyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır