Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Novorossiysk limanının terminalında Türkiyədən gələcək bərələrin qəbuluna hazırlıq görülüb

Novorossiysk limanının terminalında Türkiyədən 100 yük maşını ilə gələcək bərələrin qəbuluna hazırlıq görülüb.

“Seanews.az” xəbər verir ki, “NUTEP” körpüsünə yük maşınları ilə yan alacaq bərələrə terminaldan kənarda yerləşən xüsusi təchiz olunmuş sahədə xidmət göstəriləcək.

Novorossiysk nəqliyyat qovşağının iri avtomobil yük bərələrinin qəbuluna hazırlanması barədə qərar Aİ-nin sanksiyaları fonunda 2022-ci ildə Türkiyənin Rusiyaya ixracının kəskin artması səbəbindən qəbul edilib. 2022-ci ilin iyul ayında ixrac 731 milyon dollar təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 75% çoxdur.

Sentyabrın 8-də Baş nazirin birinci müavini Andrey Belousovun iştirakı ilə keçirilən iclasda  Novorossiysk üzərindən Türkiyə ilə müntəzəm bərə səfərinin təşkili üzrə “yol xəritəsi” müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır