Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

rkiyə gəmiləri planeti elektrik enerjisi ilə təmin edir

İnfrastrukturu olmayan ərazilərə elektrik enerjisinin verilməsi bəzən illərlə vaxt aparır. Seanews.az xəbər verir ki,  məhz bu cür ərazilər üçün üzən elektrik stansiyaları yaradılıb.  Gəmi-stansiya böyük qəsəbəni işıqla təmin etmək gücünə malikdir. Yer kürəsində 1.5 milyard insan elektrik enerjisindən məhrumdur. Onların köməyinə isə Türkiyənin “Karadeniz Powership” şirkəti gəlib. Üzən elektrik stansiyalarından ibarət donanma yaradan şirkətin gəmiləri Qanadan Livana, Mozambikdən İraqa qədər ərazidə fəaliyyət göstərir və on minlərlə insanı elektrik enerjisi ilə təmin edir. Bəs bu cür stansiya-gəmilər necə tikilir? Bu gün dünyada 80 üzən elektrik stansiyası var. Belə gəmilərin ən böyüyü isə “Karadeniz Powership” şirkətinə məxsusdur.  Şirkətin bir gəmisi 740 MVT gücündə enerji istehsal etməyə qadirdir. Bu isə kömürlə işləyən böyük istilik stansiyasının gücünə bərabərdir. Stansiyanın layihəsi “Seft Design” şirkəti tərəfindən yaradılıb. Əvvəlcə unikal gəminin 3d modeli hazırlanıb, daha sonra isə tərsanədə tikintisinə başlanılıb. Belə gəmilər adətən artıq istismar müddətini başa vurmuş üzən vasitələrin bazasında yaradılır. Gəmilər xüsusi generator və turbinlərlə təchiz edilir. Məsələn, “Orhan Ali” gəmi-stansiyasında 24 mühərrik və 24 generator var. Həmin gəmi ilə 18 min evi elektrik enerjisi ilə təmin etmək mümkündür. Mühərriklərin işləməsi zamanı titrəyişin qarşısını almaq üçün bütün cihazlar nəhəng amortizatorların üzərində quraşdırılır.  “Orhan Ali” gəmi-stansiyası “Vartsila” şirkətinin istehsalı olan mühərriklərlə təchiz edilib. Həmin mühərriklər həm mazut, həm də maye qazla işləyir. Eyni zamanda avadanlıqların üzərində “Erensan” şirkətinin buxar qazanları quraşdırılıb. Onlar turbinləri hərəkətə gətirmək üçün nəzərdə tutulub. Mühərrik və generatorlar gün ərzində 11 min volt enerji istehsal edir. Üzən stansiyada həmçinin transformatorlar quraşdırlır ki, onlar da əldə olunan enerjinin gücünü 154 min volta qədər artırır. “Zeynep Sultan” üzən elektrik stansiyası İndoneziya arxipelaqı 5 min kilometr ərazidə yerləşən xırda və böyük adalardan ibarətdir. Burada elektrik şəbəkəsinin yaradılması demək olar ki, mümkünsüzdür. Adaların arasında naqillərin çəkilməsi həm böyük xərc tələb edir, həm də bu cür layihənin texniki həlli risklidir. 2015-ci ildə Şimali Sulavesi adasında lövbərə dayanan “Zeynep Sultan” gəmisi problemi həll edib. 159 metrlik gəminin İndoneziyaya gətirilməsi ilə ucqar kənd və qəsəbələr fasiləsiz elektrik enerjisi ilə təmin olunublar.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır