Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş qazla işləyən dünyanın ilk yedək gəmiləri təhvil verilib

Yaponiya gəmi inşaatçıları dənizdə neft və qaz hasilatını dəstəkləmək üçün mayeləşdirilmiş qazla işləyən dünyanın ilk yedək gəmilərini sifarişçiyə təhvil veriblər.

“Seanews.az” xəbər verir ki, gəmilər Çin Dövlət Gəmiqayırma Korporasiyasının (“CSSC”) sifarişi ilə “Wuchang Shipbuilding Industry Group” (“WSIG”) tərsanəsində inşa edilib və “Offshore Oil 542” və “Offshore Oil 547” adlarını alıb.

Gəmilər sahildən xeyli məsafədə qazma platformalarının gündəlik fəaliyyətinin təmin edilməsi ilə bağlı geniş spektrli vəzifələri həll etmək üçün xüsusi olaraq hazırlanıb.

Dənizdə qazma platformalarının təchizatı və heyətlərin dəyişdirilməsi kimi ənənəvi funksiyalara əlavə olaraq, “Offshore Oil 542” və “Offshore Oil 547” yanğın təhlükəsizliyinin təmin edilməsinə və xilasetmə işlərinə, habelə onların yerləşdirmə sahələrinin hidrometeoroloji və naviqasiya vəziyyətinə daimi nəzarətə cavabdeh olacaqlar.

Yeni gəmilər mayeləşdirilmiş təbii qazın ötürücü sistemləri ilə yanaşı, əlavə “ağıllı” idarəetmə sistemləri ilə təchiz ediləcək.

Belə sistemlərin istifadəsi avtomatik olaraq optimal marşrutları və hərəkət rejimini seçəcək ki, bu da həmin gəmilərin istismar xərclərinin ən azı 10% azaldacaq, eyni zamanda istehsal səmərəliliyini 15% artıracaq.

Çin tərəfinin fikrincə, “Offshore Oil 542” və “Offshore Oil 547”-nin istismara verilməsi şelfdə geoloji kəşfiyyat və karbohidrogenlərin birbaşa hasilatı üzrə milli köməkçi donanmanın artırılması proqramının həyata keçirilməsində yalnız ilk addımdır. Ümumilikdə, bu proqram çərçivəsində 12 yeni nəsil gəminin inşası planlaşdırılır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır