Rusiyada barj ilə qayıq toqquşub, dörd nəfər ölüb
Rusiyada Volqa çayının 1147-ci kilometrliyində, Çuvaş Respublikasının Morqauşski rayonunda barj ilə "Voyager 670" qayığı toqquşub.
"Seanews.az" xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 4 nəfər həlak olub. Barjın 5 nəfər heyət üzvünün hamısının sağ qaldığı bildirilir.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır