Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Haynanda yaxta sənayesinin inkişafı ilə bağlı ilk qanun bu ilin iyulunda qüvvəyə minəcək

Haynanda yaxta sənayesinin inkişafı ilə bağlı ilk qanun bu ilin iyulunda qüvvəyə minəcək.

“Seanews.az” xəbər verir ki, qanun layihəsi əyalətin Xalq Nümayəndələri Məclisinin  Daimi Komitəsi (bölgənin ali qanunverici daimi orqanı) tərəfindən qəbul edilib.

Hazırda Haynanda bu tip gəmilər üçün təxminən 2,3 min yanalma yeri olan 13 yaxta körpüsü fəaliyyət göstərir.

Haynan yaxtaçılıq sənayesinin inkişaf perspektivləri baxımından Çində unikal regiondur - onun üstünlükləri arasında sahil xəttinin çox uzun olması da var.

Bu ilin fevral ayına kimi Haynanda qeydə alınan yaxtaların sayı illik müqayisədə 64,8% artaraq 1180 ədəd olub. Ümumilikdə Çində qeydiyyatdan keçmiş yaxtaların təxminən 18%-i əyalətin payına düşür. Gəzinti gəmilərinin kapitanı lisenziyası olanların sayı da illik hesablamada 46,86% artaraq 5,5 min nəfəri ötüb.     

Qanun layihəsi regionda yaxtaçılıq sənayesinin inkişafı üçün dövlət tədbirlərini, bundan əlavə, müxtəlif dövlət orqanları arasında xüsusi əlaqələndirmə mexanizminin yaradılmasını nəzərdə tutur. Hakimiyyət sənaye nümayəndələri ilə hökumət arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün “bir pəncərə” sistemi yaratmaq niyyətindədir. Qanunda həmçinin qeyd olunur ki, yaxtalar üçün ictimai infrastrukturun yaradılması yerli hakimiyyət orqanlarının xərclərinə daxil ediləcək. Sənəddə bildirilir ki, gəmilərin qeydiyyatı prosedurları da sadələşdiriləcək, idxal olunan yaxtaların yaşı ilə bağlı məhdudiyyətlər azaldılacaq, heyət üzvlərinə tələblər azaldılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır