Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

İran “Aframax” tipli tanker inşa edəcək

Bəndər-Abbasda yerləşən İran Gəmiqayırma və Dəniz Sənaye Kompleksi “Aframax” tipli tankerin inşası üçün sifariş alıb və müqavilə tezliklə imzalanacaq. İran Milli Tanker Şirkətinin baş direktoru Hüseyn Şiva bildirib ki, tutumu 113 min ton olan yeni tanker mayeləşdirilmiş təbii qaz və az kükürdlü mazutla işləyən ilk yerli hibrid gəmi olacaq.

“Seanews.az” xəbər verir ki, tanker Beynəlxalq Dəniz Təşkilatının (IMO) müasir standartlarına cavab verəcək.

2018-ci ilin noyabrında ABŞ İran neftinin idxalına qadağa qoyan Tehrana qarşı sanksiyalar tətbiq edib. Hazırda Vyanada İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üzrə danışıqlar davam edir. 2021-ci ilin yayında İran Milli Neft Şirkəti rəhbərinin neft hasilatı üzrə müavini Fərrux Əlixani deyib ki, sanksiyalar ləğv edildikdən sonra İran bir ay ərzində neft hasilatının əvvəlki səviyyəsinə - sutkada 3,3 milyon bareldən çox səviyyəsinə qayıda bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır