Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qazla işləyən kruiz gəmisi suya salınıb

Almaniyanın “Meyer Werft” tərsanəsində  mayeləşdirilmiş təbii qazla işləyən (LNG) “Disney Wish” kruiz gəmisi suya buraxılıb.

“Seanews.az” xəbər verir ki, bu, “Disney Cruise Line” şirkəti üçün tikilən və LNG-dən yanacaq kimi istifadə edən üç gəmidən birincisidir.

1254 kayutu olan ”Disney Wish” səyahət gəmisinin 2022-ci il mövsümündə istismarı planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır