Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

İrana məxsus gəmi kanalda saya oturub

İran İslam Respublikasından Həştərxan limanına gedən “Nəcva-2” gəmisi Volqa-Xəzər kanalının 159-cu kilometrliyində saya oturub.  Qəzaya baxmayaraq, gəmiçilik kanalı hər iki istiqamətdə açıqdır. Bu barədə Rusiyanın Həştərxan vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Seanews.az” xəbər verir ki, yük gəmisinin heyəti 14 nəfərdən ibarətdir. Gəmidə 1500 ton həcmində yük (hazır istehsal) var.

Bildirilir ki, hadisə ilə əlaqədar Dənizdə Xilasetmə Koordinasiya Mərkəzi ilə qarşılıqlı fəaliyyət təşkil edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır