Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Konteyner daşımaları bazarına 1975-ci ildə daxil olan “Maersk” birinciliyi əldən verir?

 “MSC” şirkəti donanmanın ümumi tutumuna görə “Maersk”-i qabaqlayıb. 

“Seanews.az” xəbər verir ki, “MSC”-in donanmasının ümumi tutumu hazırda 4 284 728 TEU təşkil edir. Bu da “Maersk”-in göstəricisindən 1 888 TEU çoxdur.  Şirkətlərin qlobal konteyner daşımaları bazarındakı payları bərabərləşərək hər biri 17% təşkil edir.

İlk dəfə 1975-ci ildə konteyner daşımaları bazarına daxil olan “Maersk” onilliklər ərzində birinciliyi əlindən verməyib. Və bu gün də şirkət öz gəmilərinin üstün tutumu baxımından ən böyük donanmaya malikdir: “MSC”-nin tutumunun təxminən 65%-i fraxta götürülmüş gəmilərdir, “Maersk”-də isə bu, cəmi 42%-dir.    

"Ölçü bizim məqsədimiz deyil",- deyə “MSC”-nin baş direktoru Soren Toft bildirib. -“MSC-də biz heç vaxt özümüzə ən böyük olmaq kimi konkret hədəf qoymamışıq. Artım, gəlirlilik və müştəri dəstəyi bizi irəli aparan şeylərdir və bundan sonra da irəli aparacaq.”

Soren Toft “Maersk”-in baş direktoru olarkən - keçən ilin may ayında isə demişdi:“MSC” bizdən daha çox yükdaşıma qabiliyyətinə malikdirsə, bu, dünyanın sonu deyil. Bir nömrə olmaq haqda düşünmürük. Biz göndərdiyimiz konteynerə görə daha yüksək dövriyyəyə diqqət yetirmişik.”  

”Xatırladaq ki, Soren Toft  25 il “Maersk”-də çalışıb və 2019-cu ilin payızında “MSC”-nin baş direktoru seçilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır