Quru yük gəmisində yükün yoxlanılması bədbəxt hadisə ilə nəticələnib
Banqladeşin Payra limanı yaxınlığında lövbər salmış “NERAIDA” gəmisində bədbəxt hadisə baş verib.
“Seanews.az”-ın məlumatına görə, elektrik stansiyası üçün nəzərdə tutulmuş kömürü yoxlamaq məqsədi ilə sürveyer Marşal adaları bayrağı altında üzən balkerin göyərtəsinə qalxıb.
Sürveyer işini bitirdikdən sonra buxtada dayanan və bundan əvvəl onu balkerə çatdıran quru yük gəmisinə minmək istəyib. Ehtiyatsızlıqdan 65 yaşlı sürveyer sürüşərək suya düşüb. Bir müddət sonra o, sudan çıxarılaraq xəstəxanaya çatdırılıb. Tibb müəssisəsində isə həkimlər artıq onun öldüyünü bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır