“COVID-19”-a yoluxmuş sərnişinlərə görə layneri limana buraxmayıblar
Kyurasao və Aruba limanları göyərtəsində “COVID-19”-a yoluxmuş 55 sərnişini olan “Royal Caribbean” şirkətinin kruiz gəmisinə liman akvatoriyasında dayanmağa icazə verməyiblər.
“Seanews.az” CNN-ə istinadən xəbər verir ki, bu barədə Karib hövzəsi səlahiyyətliləri şirkətlə birgə qərar qəbul edib.
Koronavirus epidemiyası Karib dənizində səkkiz günlük səyahətin başlamasından bir gün sonra gəmidə aşkar edilib. Bütün xəstələrin tam peyvənd kursundan keçdiyi bildirilir.
Amerika laynerini əvvəlcədən planlaşdırılmış vaxta kimi - dekabrın 26-dək dənizdə qalacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır