"Hyundai Mipo" tərsanəsində “Namsung Shipping” üçün iki yeni gəmi inşa olunacaq
Cənubi Koreyanın “Namsung Shipping” şirkəti “Hyundai Mipo” tərsanəsinə iki yeni konteyner gəmisinin inşasına dair sifariş yerləşdirib. Bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.
“Seanews.az” xəbər verir ki, müqavilənin ümumi dəyəri təxmini 82 milyon dollardır.
2500 TEU-luq gəmilərin 2023-cü ilin sonunda təhvil veriləcəyi bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır