• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Cənubi Kiprə məxsus gəmi Türkiyənin dəniz sularından çıxarılıb

Cənubi Kipr yunan rəhbərliyinə məxsus “Nautical Geo” seysmoloji araşdırma gəmisi icazəsiz daxil olduğu Türkiyə dəniz sularından çıxarılıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Nautical Geo” Aralıq dənizində mühafizə xidməti aparan Türkiyə Hərbi Dəniz Donanmasına məxsus gəmilərin gücü ilə ölkənin su sərhədindən kənara itələnib.

Bildirilir ki, “Nautical Geo” Aralıq dənizindəki beşinci böyük ada sayılan Giritin şərqində Türkiyənin dəniz sularında qanunsuz olaraq seysmoloji araşdırma aparmağa cəhd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır