Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Ən böyük konteynerdaşıyan gəmi Qdınya limanına yan alıb

Konteynerdaşıyan “MSC Ellen” gəmisi Qdınya limanının BCT terminalına yan alıb.

“Seanews.az” xəbər verir ki, konteynerdaşıyan buraya Rotterdamdan gəlib. Uzunluğu 346,98 metr, eni  42,80 metr, tutumu  9640 TEU olan  “MSC Ellen” bu səfərlə,  Qdınya limanına yan alan ən böyük gəmi olub. Bundan əvvəlki rekord “Charlotte Maersk” konteynerdaşıyanına məxsus idi.

Bu cür böyük gəmilərin Qdınyaya səfərləri tezliklə adi hala çevriləcək. Belə ki, Qdınya limanı Baltik dənizinə girə biləcək ən böyük gəmiləri qəbul etməyə hazırdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır