Yunan və çinli sahibkarlar gəmilərin alınmasında böyük fərqlə liderdirlər
2021-ci ildə təkrar bazarda gəmi alqı-satqısının sayında rekord qeydə alınıb.
“Seanews.az”-ın məlumatına görə, ilin əvvəlindən sahiblərini dəyişən gəmilərin ümumi dedveyti 114 milyon ton təşkil edib. Bu, mütləq illik rekorddur. Əvvəllər ən yüksək göstərici 2020-ci ildə - 101,5 milyon ton, bundan əvvəl isə 2017-ci ildə - 92 milyon ton olub. İlin əvvəlindən etibarən konteynerdaşıyan gəmilər və balkerlərin tonaj qiymətləri müvafiq olaraq təxminən 120% və 70% artmışdır.
İl ərzində ümumi donanmanın 7,3%-nin sahiblərini dəyişəcəyi proqnozlaşdırır.Qlobal maliyyə böhranının başlanmasından bu yana 13 il ərzində ticarət donanmasının tonajı 60%-dən çox artmışdır.
Yunanıstan və çinli sahibkarlar təkrar bazarda gəmilərin alınmasında böyük fərqlə liderdirlər. Gəmi satışında isə Yaponiya öndə, Yunanıstan ikinci yerdədir.
Bu il sentyabrın 19-na olan məlumata görə, cəmi 22.08 milyard dollar məbləğində 1.45 min gəmi yenidən satılıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci il ərzində bu göstəricilər 16,41 milyard dollar və 1,18 min gəmi təşkil edib.