“Kraliça Elizabet” Yaponiya limanını tərk edib
Britaniya Hərbi-Dəniz Qüvvələrinin flaqmanı “Queen Elizabeth” (“Kraliça Elizabet”) təyyarədaşıyan gəmisi Yaponiyanın Tokio körfəzinin girişindəki Yokosuka limanından çıxıb.
“Seanews.az”-ın məlumatına görə, təyyarədaşıyan gəmi sentyabrın 4-dən etibarən Yokosuka bazasında idi. Bu, “Kraliça Elizabet”in Yaponiya limanına ilk girişi idi.
İngiltərənin flaqmanının bundan sonrakı gedişi haqqında heç bir məlumat yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır