Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Logistika mərkəzi Çay gəmiçiliyini satın alıb

“Sibir Logistika Mərkəzi” Şimal Çay Gəmiçiliyini satın alıb.

"Seanews.az" məlumat verir ki, bu sazişin 2022-ci ildə şirkətə aktiv neft və qaz hasilatı sahəsində yükdaşıma həcmini dəfələrlə artırmağa imkan verəcəyi bildirilir.

“Şimal Logistika Mərkəzi”nin sahiblərindən biri Vladimir Knolun verdiyi məlumata görə,  Şimal Çay Gəmiçiliyi dəniz donanmasına və Ob sahillərində inkişaf etmiş infrastruktura, məhz Yamburqda və Labıtnanqda körpülərə malikdir. Bu, aktiv neft və qaz hasilatı sahəsində yükdaşımaların həcmini artırmağa imkan verəcək. Bundan başqa, Vladimir Knol qeyd edib ki, Ob körfəzində maye qaz və neftin daşınması üçün Rusiya Federasiyasındakı ən böyük kompleks fəaliyyət göstərir və nüvə dəniz donanması tərəfindən bütün ilboyu istismarı təmin edilir.

“Şimal Logistika Mərkəzi” holdinqinə “Tomsk Gəmiçilik Şirkəti”, “Samus Gəmi Təmiri və Tikintisi  Zavodu”, “Nijnevartovsk Çay Limanı” və daha üç şirkət daxildir.

2020-ci ilin yekunlarına görə holdinqin gəliri 5,75 milyard, xalis mənfəəti 1,1 milyard rubl təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır