• Bakı, 2020-05-27,
Seanews
Heyder Eliyev

Xankəndi” gəmisi sualtı tikinti-quraşdırma işlərini yerinə yetirəcək – V

Bu, düz 2 ay ərzində açıq dənizdə bütün istismar sınaqlarını uğurla yerinə yetirən “Xankəndi” gəmisidir.  Xəzərdəki neft-qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun 550 metrədək olan hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib.  “Xankəndi” nə az, nə çox, düz 3 ilə inşa edilib.  DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəmi sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas, 2 ədəd 10, 1 ədəd 50 tonluq kran, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki sualtı aparat, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, DP 3 dinamik sistemi, və digər zəruri texnikalarla tam təchiz edilib. “Xankəndi” sualtı tikinti tipli dünyada cəmi 10 gəmi mövcuddur. “Xankəndi”nin gövdə hissəsi müqavilə əsasında Sinqapurda inşa edilib Bakıya gətirilib.  175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyədək Bakı Gəmiqayırma Zavodunda icra olunan ən mühüm sifarişdir. Yüksək kamfortlu “Xankəndi”də rahat kayutlarla yanaşı, istirahət otaqları, tibb məntəqəsi, konfrans zalı, dünya mətbəxi standartlarına uyğun yeməkxana, 3 d tipli kinotatr və idman zalı mövcuddur. Helikopter meydançasına da malik olan gəmidə dəniz məkanında bir insanın rahat işləyib, yaşaması üçün hər bir şərait var. “Xankəndi” göstəricilərinə görə hündür dalğaları belə ram etməyə qadirdir. “Xankəndi” gəmisinin çəkisi 17 700 tondur. 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malik olan Xankəndinin daha bir üstünlüyü isə 3 metr yarım dalğalarda üzə bilməsidir.  “Xankəndi”nin inşası sübut edir ki, Azərbaycanda istənilən növ gəmi inşa edilə bilər. Bakı Gəmiqayırma zavodunda hazırda 4 yeni gəmi tikilir. Ən yüksək standartlara cavab verən “Xankəndi” gəmisi 1,2 trilyon kubmetr qaz ehtiyatı olan “Şahdəniz-2” üçün fəaliyyət göstərəcək. Kompleks fəaliyyətin nəticəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 milyard kubmetr qaz Avropa alıcılarına çatdırılacaq. “Xankəndi” gəmisi Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcı sayılır. Bu gəmi 2017-2027- ci illərdə  “Şahdəniz mərhələ 2” layihəsində sualtı quraşdırma işlərində istifadə ediləcək və yatağın işlənməsində böyük rol oynayacaq. “Xankəndi”nin daha bir əvəzsiz rolu isə bütün dünyaya Xankəndinin Azərbaycan torpağı olduğunu bəyan etmək olacaq. CBC TV


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır