Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

Şamaxı” gəmisinin təmiri son mərhələd

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “Şamaxı” tankerinin təmiri uğurla davam edir. Hazırda  “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəminin təmiri üzrə son işlər görülür. İndiyədək gəmidə baş və köməkçi mühərriklər, nasoslar, separatorlar, boru sistemləri, elektrik avadanlıqları, işçi heyətin yaşayış kayutları, sanitar qovşaqlar və yeməkxana  təmir olunub. Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri  tamamilə dəyişdirilib.  Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Təmir işləri başa çatdıqdan sonra gəminin təyinatı dəyişdirilərək  təmizləyici stansiya kimi fəaliyət göstərəcək. Bununla əlaqədar gəmidə böyük həcmdə modernizasiya işləri aparılıb. Belə ki, təmir müddətində gəmidə 2 ədəd  LMBQ 7000 tipli 10 Bar-lıq  elektrik idarəetmə sistemi ilə birlikdə müasir yeni buxar qazanı quraşdırılır. Onun  burun hissəsində sağ və sol bortlarda layihə əsasında yeni təmizləyici stansiya inşa olunub və boru xətləri çəkilib. Əvvəlki istifadədə olan təmizləyici stansiyadan fərqli olaraq “Şamaxı” gəmisi özü hərəkət edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır