Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Ramiz” Hacıyev” kran gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Ramiz Hacıyev”  kran gəmisinin əsaslı təmiri başa çatıb.

“Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər çərçivəsində 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş mühərriklər, nasoslar, boru sistemləri təmir edilib, köməkçi mühərriklər sazlanıb. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalarda təmir işləri görülüb.

Gəmi tərsanəyə qaldırılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib.  Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir olunub.

Təmirdən sonra “Ramiz” Hacıyev” kran gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır