• Bakı, 2020-05-28,
Seanews
Heyder Eliyev

iyada kompozit materiallardan ibarət ilk kater inşa ol

Vladivostok azad limanının rezidenti “Kompozit gəmiqayırma” şirkəti kompozit materiallardan yeni nəsil kiçik ölçülü kater hazırlayıb. “Pacifico Adventure 72” adlı model Rusiyada ərsəyə gələn ilk belə gəmidir. Kater öz xarici analoqlarından xeyli ucuz olacaq. “Kompozit gəmiqayırma” şirkətinin sədrinin sözlərinə görə, sözügedən kater 2017-ci ilin sentyabrında keçiriləcək 3-cü Şərq iqtisadiyyat forumunda həm yerli, həm də xarici potensial investorlara təqdim olunacaq. “Onun qiyməti 2,5 milyon rubl təşkil edir. Gəminin nisbətən ucuzluğu şirkətin təcrübəsi və Vladivostok azad limanının üstünlüklərindən irəli gəlir”- deyə, Voloşenko bildirib. “Pacifico Adventure 72” modeli dünyanın aparıcı “Albatros Marine Design” inşaat bürosu ilə birgə layihələndirilib. Katerin gövdəsinin uzunluğu 7,2, eni- 2,6 metrdir, maksimal sürəti 30 uzel təşkil edir. Gəmidə iki yataq yeri, səs və vibrasiya izolasiya sistemi və yüksək təhlükəsizlik sistemi yerləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır