• Bakı, 2020-08-12,
Seanews
Heyder Eliyev

Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı

COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.

 

Azərbaycanın Aktaudakı baş konsuluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri-1” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır