• Bakı, 2020-08-09,
Seanews
Heyder Eliyev

“Lamborghini” yeni yaxtasını təqdim edib

İtaliyanın avtomobil istehsalçısı “Lamborghini” yeni super yaxtanın dizaynını təqdim edib. 

"Seanews.az" xəbər verir ki, gəmi 2 min at gücündə olan iki mühərriklə təchiz edilib. Yaxtanın uzunluğu 19 metr, ağırlığı isə 24 ton təşkil edir.

Su nəqliyyatı “Lamborghini Sian FKP 37” super avtomobilindən ilhamlanaraq yaradılıb, buna görə də onun xarici görünüşü avtomobili xatırladır.

Qeyd edilir ki, yaxta açılıb örtülə bilən dam örtüyünə malikdir. Gəmini işə salma düyməsi, “Lamborghini” avtomobilindəki düymə ilə eynidir.

Yaxtanın hazırlanması ilə “Italian Sea Group” şirkəti və “Lamborghini Centro Stile” dizayın studiyası məşğul olub. Qiyməti 5,640,000 manat olan gəminin 2021-ci ilin əvvəlində satışa çıxarılması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır