İstanbuldakı 7 sahibsiz gəmi satışa çıxarılıb
İstanbul Liman Başqanlığı Gürpınar və Ahırkapı sahillərində lövbər atmış Türkiyə bayraqlı sahibsiz 7 gəmini hərraca çıxarıb. Hərrac 9 iyulda Karaköydə yerləşən İstanbul Liman Başqanlığında baş tutacaq.
“Seanews.az” xəbər verir ki, gəmilərdən 5-i tullantı yığan, 1-i yanacaq, 1-i su daşıyan tankerdir.
“Onur-1” adlı yanacaq gəmisinin qiyməti 120 min lirə, “Su dünyası” adlı su tankerinin qiyməti 100 min lirədir. Tullantı toplayan gəmilərin qiymətləri isə 100 min ilə 18 min lirə arasında dəyişir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır