Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Norveçdə Vikinq gəmisinin tapılması üçün qazıntı işlərinə başlanıb

Norveçdə Vikinq gəmisinin üzə çıxarılması məqsədilə qazıntı işlərinə başlanıb.

“Seanews.az” xəbər verir ki, qazıntı iki il əvvəl Norveçin cənub-şərqindəki bir bölgədə tapılan Vikinq gəmisinin qalıqları üzrə aparılır.  

Araşdırmalar zamanı məlum olub ki, gəmi 20 metr dərinlikdədir. Qazıntıların beş ay davam edəcəyi gözlənilir.

İndiyədək Norveçdə cəmi üç ədəd vikinq gəmisinin bütöv şəkildə tapıldığını və bunların da ən azı 100 il əvvələ təsadüf etdiyini nəzərə alaraq, arxeoloqlar yeni tapıntının elmə maraqlı töhfələr verəcəyinə inanırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır