Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

“Eastern Pacific Shipping” şirkəti 158.000 dedveytlik iki tanker sifariş edib

Sinqapurun “Eastern Pacific Shipping” şirkəti Şanxay mərkəzli “Waigaoqiao Shipbuilding” şirkəti ilə 158.000 dedveytlik iki tankerin inşası üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, hər iki gəminin 2022-ci ildə təhvil veriləcəyi gözlənilir. Yeni gəmilərin qiyməti ilə bağlı açıqlama verilməyib.

Bundan əvvəl fevralda “Eastern Pacific Shipping”  Cənubi Koreyanın “Dae Sun” gəmiqayırma zavoduna 50.000 DWT gücündə dörd tanker sifariş edib.

Bundan başqa, şirkətin sifarişi ilə hazırda  “Waigaoqiao Shipbuilding”də daha iki 210.000 DWT gücündə gəminin inşası davam etdirilir.

“Eastern Pacific Shipping” yeni sifarişlərin tamamlanması ilə 120 gəmidən ibarət bir donanmaya malik olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır