• Bakı, 2020-02-29,
Seanews
Heyder Eliyev

rogenlə işləyən ilk gəmi dünya səyahətinə çı

Dünyada ilk hidrogenlə çalışan “Energy Observer” gəmisinin yola salınma mərasimi keçirilib. Mərasim hətə sonu Fransada baş tutub. Bu gəminin tikintisi və onun dünya turuna çıxarılmasında məqsəd hidrogenlə çalışan üzən vasitələrin ətraf mühit üçün təhlükəsiz olduğunu sübut etməkdir. İddialı layihənin müəllifi  Fransa Hərbi Dəniz Qüvvələrinin sabiq zabiti Viktor Erussardır. “Fikrimcə, “Energy Observer” layihəsi kömür və benzindən sonra üçüncü sənaye inqilabıdır. O, hidrogenlə işləyir. Hidrogen  bir möcüzədir,  bərpa olunan enerjidir və müasir dünyamıza  belə innovasiyalar çox lazımdır. Hidrogenin istifadəsi zamanı istixana qazları və digər zərərli maddələr atmosferə atılmır”- deyə,  gəmi ixtiraçısı bildirib. Xatırladaq ki, səyahətə gəmi ekipajı ilə yanaşı  tanınmış rejissor və peşəkar dalğıc Zherom Delafoss da gedib. Onlar ümumilikdə  50 ölkə və ya 100 nöqtəyə səfər edəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır