Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Şahdağ” gəmi-bərəsi təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Şahdağ” gəmi-bərəsi “Zığ” Gəmi Təmiri Zavodunda təmir olunub.

Təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib.

Gəminin  sualtı  və  suüstü  hissəsi, eləcə də vaqon göyərtəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, vaqon relsləri təmir edilib. Gəmi üzrə gövdə-qaynaq, boruquraşdırma, izolyasiya, avtomatika və elektrikquraşdırma işləri yerinə yetirilib. 

Eyni zamanda, gəminin yaşayış və xidməti otaqları da müasir tələblər səviyyəsində təmir olunub.

Qeyd edək ki, 2005-ci ildə inşa olunan “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5, eni 18,3 metrdir. Gəmi   4850 ton yükgötürmə qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır