Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Çin 2025-ci ilə qədər qlobal ağıllı dənizçilik mərkəzinə çevrilmək niyyətindədir - Yeni strategiya

Çin hökuməti ağıllı dəniz nəqliyyatı sisteminin inkişafına yönəlik strategiyasını açıqlayıb.  

Hökumət ağıllı dəniz nəqliyyatı sənayesini inkişaf etdirmək üçün müasir informasiya texnologiyaları, süni intellekt və digər innovativ və yüksək texnologiyaların nəqliyyat sektoruna inteqrasiyasını təşviq etməyi hədəfləyir.

Plana görə, Çin ağıllı dəniz nəqliyyatının əsas texnologiyalarında irəliləyiş etməklə 2025-ci ilə qədər qlobal ağıllı dənizçilik mərkəzinə çevriləcək. 2035-ci ilə qədər isə ağıllı nəqliyyat xidmətinin keyfiyyətini, təhlükəsizlik, ətraf mühitin qorunması və səmərəliliyini daha da artıraraq 2050-ci ilədək yüksək keyfiyyətli ağıllı nəqliyyat sistemi qurmağı hədəfləyir.

Strategiyada qarşıya qoyulan əsas vəzifələr arasında ağıllı nəqliyyat vasitələri və qurğuları üçün dizayn imkanlarının genişləndirilməsi, ağıllı gəmi texnologiyasının tətbiqinin təşviqi, limanların inkişafı və mütəxəssislərin iş gücünün artırılması da yer alıb.

Sənəd Nəqliyyat Nazirliyi, Milli İnkişaf və İslahat Komissiyası, Təhsil Nazirliyi, Elm Texnologiyası Nazirliyi, Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır