Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

CMS "Quba" adlı yeni gəmini istismara verməyə hazırlaşır

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) alyans partnyoru olan “Caspian Marine Services”in (CMS) donanmasına yeni “Quba” təchizat gəmisi daxil edilib.

CMS-dən verilən məlumata görə, hazırda gəminin istismara verilməsi məqsədilə dəniz sınaqları aparılır. Belə ki, CMS-in əməliyyat və texniki şöbələri tərəfindən həyata keçirilən sınaqların nəticəsində aşkarlanan çatışmazlıqlar aradan qaldırılır. 

Gəminin uzunluğu 82, eni 16 metr, dedveyti 3300, yükgötürmə qabiliyyəti 1700 tondur.

Gəmi  müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub. Yeni təchizat gəmisi yanacaq, sürtkü yağı, qələvi məhlul, özül yağı, quru yük, içməli su, qazma məhlulu, konteyner, boru və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün daha geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.

Müasir avadanlıqlarla təchiz olunan “Quba” gəmisinin texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərkən hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

“Quba”  təchizat gəmisinin dizaynı “Rolls Royce Marine”, inşası  İtaliyanın “Rosetti Marino S.p,A”  gəmiqayırma zavoduna məxsusdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır