Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

ASCO-nun xarici sularda üzən “Şair Vaqif” gəmisi əsaslı təmir olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus, xarici sularda istismar olunan  “Şair Vaqif” universal quru yük gəmisi Ukraynanın “Çernomorsk ISRZ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.

3 iyul-12 avqust tarixlərində həyata keçirən işlər çərçivəsində gəminin avar-sükan kompleksi, baş mühərrikləri, separatorları, o cümlədən yanacaq, radionaviqasiya və xilasetmə sistemləri təmir edilib.

Bundan əlavə, gəminin bütün avtomatlaşdırılmış idarə sistemlərinin təmiri istiqamətində də ciddi işlər görülüb. Belə ki, F-3000 yanğın siqnalizasiyası, SDS-48 tüstü siqnalizasiyası, SEMCO lokal yanğınsöndürmə sistemi, qəza dizel generatoru və separatorlarının təmiri də həyata keçirilib.

Gəmi təmirdən sonra yenidən istismara qaytarılıb. 

Qeyd edək ki, “Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır