Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Türkiyənin 228 metrlik dənizdəki yeni gücü “West Draco” Mersinə çatıb

Türkiyənin dəniz donanmasına yeni qoşulan ən müasir qazma gəmilərindən biri “West Draco” artıq Mersinə gəlib.

"Seanews.az" xəbər verir ki, gəmi Aralıq dənizində sahildən təxminən 1 mil məsafədə lövbər salıb. Onun burada təxminən bir həftə qalacağı və bəzi texniki prosedurlar tamamlandıqdan sonra limana yan alacağı bildirilir.

Türkiyənin aldığı beşinci qazma gəmisi olan “West Draco” gəmisinin uzunluğu 228 metr, eni 42 metrdir.

Dünyanın ən müasir 7-ci nəsil dərin dəniz qazma gəmiləri sırasında yer alan “West Draco”nun 12 min metr dərinliyə qədər qazma aparmaq imkanına malik olduğu açıqlanıb. 

Bundan əlavə, “West Draco”nun “əkizi” hesab edilən və Türkiyə tərəfindən satın alınmış altıncı qazma gəmisi “West Dorado”nun da yaxın zamanda səfərə çıxacağı bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır