

"Geely" Çində metanol-hidrogen hibridli elektrik çay gəmisini təqdim edib
Çinin aparıcı avtomobil istehsalçısı "Zhejiang Geely Holding Group" (Geely Holding) metanol-hidrogenlə işləyən çoxfunksiyalı elektrik çay gəmisini təqdim edib.
"Seanews.az" xəbər verir ki, "Yuanchun 001" adlanan yeni gəmi Hangzhou şəhərində istifadəyə verilib.
Gəmi 64 TEU daşıma qabiliyyətinə malikdir və iki 280 kVt metanol generatoru və iki 258 kVt·saatlıq litium batareyası ilə təchiz olunub.
"Yuanchun 001" ümumilikdə təxminən 1 500 km məsafə qət etmək imkanına malikdir və iki 150 kVt-lıq mühərriklə işləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır