Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

"Latsco Shipping" təxminən on illik fasilədən sonra tanker bazarına geri dönüb

Yunanıstanın aparıcı gəmi sahibi "Latsco Shipping" təxminən on illik fasilədən sonra tanker bazarına geri dönüb.

"Seanews.az" xəbər verir ki, şirkət Cənubi Koreyanın "K Shipbuilding" tərsanəsində yeni sifarişlər yerləşdirməyə hazırlaşır. 

Afina və Seul gəmiqayırma dairələrindən verilən məlumata əsasən, Latsis ailəsinin nəzarətində olan və Paris Kassidokostas-Latsis tərəfindən idarə olunan "Latsco" hər biri 50 000 dedveytlik iki MR tipli tankerin sifarişi ilə bağlı müqavilə bağlayıb. Müqavilədə əlavə olaraq daha iki tanker üçün seçim (opsion) hüququ da yer alır.

"K Shipbuilding" qısa müddət əvvəl avropalı bir gəmi sahibindən hər biri təxminən 46 milyon dollar dəyərində olan iki 50 000 dedveytlik tanker sifarişi aldığını təsdiqləyib. Gəmilərin 2027-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır və onlar LNG və metanol istifadəsinə hazır olacaq.

Əgər sifariş təsdiqlənərsə, bu, "Latsco"-nun son 10 ildə ilk MR tankeri sifarişi olacaq. Hazırda şirkətin donanması bu yeni sifarişlər istisna olmaqla, təxminən 10 MR tipli tanker və 5 LR2 gəmisindən ibarətdir. Bundan əlavə, daha 5 LR2 tankerin tikintisi davam edir.

"Latsco" məhsul tanker tonnajı üçün sonuncu dəfə 2015-ci ilin sonlarında müqavilə imzalamışdı. Həmin vaxt şirkət hər biri təxminən 35,5 milyon dollar dəyərində olan altı MR tanker sifariş etmişdi. Son illərdə isə şirkət əsasən 1 900 TEU tutumlu konteyner gəmiləri ilə bağlı yeni tikinti layihələrində, xüsusən də Çinin "Huangpu Wenchong" tərsanəsində aktivlik göstərib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır