Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

"Marco Polo Marine" donanmasını iki yeni "AHTS" gəmisi ilə genişləndirir

Sinqapurda yerləşən dəniz daşımacılığı və gəmiqayırma şirkəti "Marco Polo Marine" donanmasını iki yeni lövbər idarəetmə təchizat-yedək (AHTS) tipli gəmi ilə gücləndirməyi planlaşdırır.

"Seanews.az" xəbər verir ki, təxminən 34 milyon ABŞ dolları dəyərində olan bu gəmilərin 2026-cı ildə şirkətin donanmasına qoşulacağı gözlənilir. Yeni gəmilərin əlavə olunması ilə qrupun dənizdə xidmət göstərən donanmasının sayı 19-dan 21-ə yüksələcək.

Yeni tikiləcək "AHTS" gəmiləri əsasən Cənub-Şərqi Asiyada neft-qaz fəaliyyətlərini dəstəkləmək üçün nəzərdə tutulmuş xüsusiyyətlərlə təchiz ediləcək. Bununla yanaşı, onlar Şimali-Şərqi Asiyada külək elektrik stansiyalarının tikintisini dəstəkləmək məqsədilə stifadə oluna biləcək.

Yeni gəmilərdən biri şirkətin 71%-lik dolayı mülkiyyətində olan "PT Pelayaran Nasional Bina Buana Raya" tərəfindən idarə ediləcək. Bu gəminin uzunluğu 60,8 metr, eni isə 16 metr olacaq. O, dinamik mövqe saxlama (DP) və yanğınsöndürmə sistemləri ilə təchiz ediləcək.

İkinci gəmi isə Sinqapurda qeydiyyatdan keçiriləcək və birincisindən daha böyük olacaq. Onun uzunluğu 76 metr, eni isə 18,5 metr təşkil edəcək. Bu gəmi də DP2 sistemi və yanğınsöndürmə avadanlığı ilə təmin olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır