

"ABS" 16 min TEU-luq elektrik mühərrikli konteyner gəmisinə ilkin təsdiq verib
"HD Korea Shipbuilding & Offshore Engineering" (HD KSOE) və "HD Hyundai Heavy Industrie"s (HD HHI) 16 min TEU tutumlu elektrik mühərrikli konteyner gəmisinin konseptual dizaynı üçün "ABS"-dən “Approval in Principle” (AiP) – ilkin təsdiq alıblar.
"Seanews.az" xəbər verir ki, bu təsdiq gəmi layihəsinin birinci mərhələsinin başa çatdığını göstərir. "HD Hyundai" ikinci mərhələyə 2026-cı ildə keçməyi planlaşdırır. Bu mərhələdə enerji saxlama sistemləri və yüksək səmərəli hərəkətverici qurğular tətbiq ediləcək ki, sıfır-karbonlu gəmi texnologiyalarının kommersiyalaşdırılması daha da sürətlənsin.
Bu il Koreya gəmiqayırma zavodları və "ABS" bir sıra digər AiP-lər də elan ediblər. Onlara çox iri etan daşıyıcısının yükqaldırma sistemi və kiçik modul reaktorla işləyən 15 min TEU-luq nüvə ilə hərəkətverici konteyner gəmisinin dizayn modeli daxildir. Sonuncu təsdiq İtaliyanın Milan şəhərində keçirilən "GasTech" sərgisində açıqlanıb.