Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-06,
Seanews
Heyder Eliyev

“Jinhui” köhnə "Supramax" gəmilərini satmaqda davam edir

Oslo birjasında listinq olunmuş “Jinhui Shipping and Transportation” şirkəti 2008-ci ildə inşa edilmiş “Jin Rong” adlı "Supramax" tipli gəmisini Honq-Konqda qeydiyyatda olan "Liuliu Shun Shipping"-ə 11,93 milyon ABŞ dollarına satmaq barədə razılaşma əldə edib. Bu, mart ayından bəri “Jinhui”nin satdığı altıncı "Supramax" gəmisidir. 

"Seanews.az" xəbər verir ki, müqavilənin oktyabrın ortalarınadək bağlanacağı gözlənilir. 

58,700 dwt daşıma qabiliyyətinə malik “Jin Rong” gəmisi əvvəllər “Belcargo” adı ilə tanınıb və 2021-ci ildə “Belships” şirkətindən 17 milyon dollara əldə olunmuşdu.

Şirkətin açıqlamasında qeyd olunub ki, satışdan əldə olunan vəsait qısamüddətli borcların ödənilməsinə, faiz xərclərinin azaldılmasına, eləcə də kreditor və öhdəliklərin qarşılanmasına yönəldiləcək.

Hazırda “Jinhui” "Capesize", "Panamax", "Ultramax" və "Supramax" seqmentlərində ümumilikdə 30 gəmini idarə edir, onların 20-si şirkətə məxsusdur. Bu il satılan gəmilərin əksəriyyəti şirkətin köhnə Supramax" donanmasına aid olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır