Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-03,
Seanews
Heyder Eliyev

Çin yeni yüksək sürətli sərnişin katamaranını istifadəyə verib

Çinin Beihai şəhərində “Beiyou 36” adlı yeni yüksək sürətli sərnişin katamaranı istifadəyə verilib.

"Seanews.az" xəbər verir ki, “Jiangxi Jiangxin Shipbuilding”də inşa olunan gəmini “Beihai Xinyi Cruise” şirkəti istismar edəcək.

Uzunluğu 71 metr, eni 17 metr olan katamaran 1 200 sərnişin daşıya bilir. Dörd mühərriklə işləyən su reaktiv hərəkətvericiləri sayəsində 29 knot sürət yığa bilir.

“Beiyou 36” Beihai–Veycou adası marşrutunda sərnişin daşımalarını həyata keçirəcək. Yeni gəmi daha sürətli və komfortlu səyahət imkanı yaradaraq bölgənin turizm potensialını artıracaq.

Bu gəmi 2020-ci ildə istismara verilmiş “Beiyou 26” ilə eyni seriyadan olan ikinci sürətli sərnişin katamaranıdır. Alüminium gövdəsi və enerji qənaətli sistemləri ilə “Beiyou 36” həm yanacaq sərfiyyatını azaldır, həm də ekoloji tələblərə cavab verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır