Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-02,
Seanews
Heyder Eliyev

“Disney Adventure” kruiz gəmisinin dəniz sınaqları başlayıb

"Disney" şirkətinə məxsus “Disney Adventure” kruiz gəmisinin dəniz sınaqları başlayıb.

"Seanews.az" xəbər verir ki, gəminin sentyabrın sonunda "Disney Cruise Line" şirkətinə təhvil verilməsi planlaşdırılır.

Yeni kruiz gəmisi 206 500 ton ümumi tonnaja malikdir və "Royal Caribbean" şirkətinin “Icon” və “Oasis” sinifli gəmilərindən, həmçinin "MSC Cruises" şirkətinin “World” sinfindən sonra ölçüsünə görə ən iri gəmilər sırasına daxildir.

Gəminin inşasına 2018-ci ildə "Genting Hong Kong"-un "Dream Cruises" xətti üçün başlanılıb, əvvəlcə “Global Dream” adı ilə Asiya bazarı üçün nəzərdə tutulmuşdu. Lakin "MV Werften" şirkətinin 2022-ci ildə iflasından sonra layihə yarımçıq qalmışdı. "Disney" gəmiyə sahib çıxaraq onun tikintisini "Meyer Werft" şirkətinə həvalə etdi və dizaynı öz brendinə uyğunlaşdırdı.

İlkin layihədə 9 500 sərnişin nəzərdə tutulsa da, indi gəminin tutumu təxminən 6 700 sərnişin və 2 300 heyət üzvü ilə məhdudlaşdırılıb. 

“Disney Adventure” ilin sonundan etibarən Sinqapurdan qısa kruiz reyslərinə çıxacaq. 

"Disney" kruiz xətti 1998-ci ildə “Disney Magic” gəmisi ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin donanmasında altı gəmi var və kruiz bölməsi korporasiyanın ən gəlirli sahələrindən biri sayılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır